İran hakimiyyəti Avropa ölkələrini Yaxın Şərqdəki münaqişəyə müdaxilə etməməyə çağırır və xəbərdarlıq edir ki, əks halda bunun nəticələri olacaq. "PostMedia" xəbər verir ki, bu barədə martın 6-da İranın xarici işlər nazirinin müavini Məcid Taxt-Ravançi bildirib.
“Tehran artıq avropalıları və digər bütün tərəfləri xəbərdar edib ki, ehtiyatlı olsunlar və İrana qarşı aparılan bu aqressiv müharibəyə müdaxilə etməsinlər”, – deyə o, "France 24" telekanalına müsahibəsində bildirib.
Diplomat vurğulayıb ki, İrana qarşı ABŞ və İsrailin hərbi əməliyyatlarına dəstək verən hər bir dövlət avtomatik olaraq Tehranın cavab tədbirlərinin qanuni hədəfinə çevriləcək.
O əlavə edib ki, İran öz suverenliyinə yönəlmiş təhdidləri görməzdən gəlməyəcək və onu qorumaq üçün zəruri tədbirlər görməyə hazırdır.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
