6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Azərbaycana qarşı sərt mövqeyi ilə tanınan ayətullah İranın ali liderliyinə namizədlər arasında

04-mart-2026
Azərbaycana qarşı sərt mövqeyi ilə tanınan ayətullah İranın ali liderliyinə namizədlər arasında
Yazı Ölçüsü:

Ərdəbilin cümə imamı, ayətullah Xameneinin nümayəndəsi və Ekspertlər Şurasının üzvü Seyid Həsən Ameli İran İslam İnqilabının Ali Rəhbəri vəzifəsinə namizədlərdən biri hesab olunur. Onun seçilmə ehtimalının yüksək olduğu bildirilir. "PostMedia" xəbər verir ki, bu barədə “İranlı jurnalistin gündəliyi” adlı Telegram kanalı yazıb.

Kanal müəllifi qeyd edib: “Xatırladım ki, ayətullah Ameli nüvə silahının hazırlanmasının zəruriliyini vurğulamışdı.”

Seyid Həsən Ameli Azərbaycana qarşı sərt mövqeyi ilə tanınır.

O bildirib ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qonşu dövlətlərə – Azərbaycan və Türkiyəyə qarşı güc nümayiş etdirməlidir.

Ameli eyni zamanda Azərbaycanın İsraillə əlaqələrini də sərt şəkildə tənqid edib.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930