Melaniya Tramp BMT Təhlükəsizlik Şurasının iclasına rəhbərlik edəcək
27-fevral-2026
Türkan Nəbi
Yazı Ölçüsü:
ABŞ-nin birinci xanımı və Donald Trampın həyat yoldaşı Melaniya Tramp yaxın günlərdə BMT Təhlükəsizlik Şurasının iclasına rəhbərlik edəcək.
"PostMedia" xəbər verir ki, bu, martın 2-də baş tutacaq. Bu barədə BMT-də ABŞ-nin daimi nümayəndəsi Mayk Volts "X" sosial şəbəkəsində bildirib.
Məlumdur ki, Təhlükəsizlik Şurasının rotasion sədrlik müddəti tezliklə ABŞ-yə keçəcək. Lakin bu, ilk dəfədir ki, iclasa fəaliyyət göstərən prezidentin xanımı rəhbərlik edəcək, halbuki adətən iclaslara səfir və ya rotasion ölkənin hökumətinin yüksək səviyyəli nümayəndəsi rəhbərlik edir.
“Melaniya Tramp ilk dəfə ABŞ-nin birinci xanımı kimi prezidentliyin ilk günündə Təhlükəsizlik Şurasına rəhbərlik edəcək. BMT-ni yenidən böyük edin”, – deyə o yazıb.
Birinci xanımın ofisi "X"də qeyd edib ki, Melaniya Trampın çıxışı təhsil sahəsinin dünyada dözümlülüyü və sülhü təşviq etməkdə rolu üzərində cəmlənəcək.
“Xanım Trampın rəhbərliyi altında... Şura üzvləri təhsil, texnologiya, sülh və təhlükəsizlik məsələlərini müzakirə edəcəklər”, – ofis əlavə edib.
"Reuters" isə BMT-nin sözçüsünə istinadla yazıb ki, “bu, fəaliyyət göstərən qlobal liderin xanımının 15 üzvdən ibarət Təhlükəsizlik Şurasının iclasına rəhbərlik etdiyi ilk haldır”.