6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

"Axios": ABŞ nümayəndələri Cenevrə danışıqlarında İranın mövqeyindən narazıdır

27-fevral-2026
"Axios": ABŞ nümayəndələri Cenevrə danışıqlarında İranın mövqeyindən narazıdır
Yazı Ölçüsü:
Cenevrədə keçirilən ABŞ–İran nüvə danışıqlarında müəyyən irəliləyiş qeydə alınsa da, ABŞ nümayəndə heyəti İranın mövqeyindən narazı qalıb.
"PostMedia" xəbər verir ki, bu barədə "Axios" öz mənbələrinə istinadən məlumat yayıb.
Mənbələr bildirir ki, xüsusilə səhər sessiyasında İran tərəfinin təklifləri Vaşinqtonu qane etməyib.
Danışıqlar bir neçə saat davam edib və prosesdə ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner, İran xarici işlər naziri Abbas Araqçi, həmçinin Omanın XİN rəhbəri Badr əl-Busaidi iştirak ediblər. Növbəti mərhələdə məsləhətləşmələrin Vaşinqton və Tehranda, daha sonra isə Vyanada texniki səviyyədə davam etdirilməsi planlaşdırılır.
Məlumata görə, İran uranın zənginləşdirilməsindən tam imtina etmək və nüvə obyektlərini sökmək tələblərini rədd edib. ABŞ tərəfi isə bu mövqenin davam etməsinin hərbi gərginlik riskini artıracağını hesab edir.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930