6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Azərbaycan Naxçıvan insidenti ilə bağlı ABŞ ilə sıx əlaqədədir - Səfir

06-mart-2026
Türkan Nəbi
Azərbaycan Naxçıvan insidenti ilə bağlı ABŞ ilə sıx əlaqədədir - Səfir
Yazı Ölçüsü:
Azərbaycan Naxçıvan insidenti ilə bağlı ABŞ ilə sıx əlaqə saxladığını bildirib.
"PostMedia" xəbər verir ki, bunu Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim "Axios" nəşrinə açıqlamasında bildirib.
Səfirin sözlərinə görə, Naxçıvan Muxtar Respublikasına İran pilotsuz uçuş aparatının zərbəsindən sonra müvafiq müdafiə və preventiv tədbirlər görülür.
Başqa bir hücum ehtimalı ilə bağlı narahat olub-olmadığı sualına İbrahim belə cavab verib:
“Bu məsələ narahatlıqdan ibarət deyil. Biz faktları araşdırırıq və qərarlar qəbul edirik”.
Onun sözlərinə görə, Bakı və Vaşinqton baş vermiş hadisə ilə bağlı sıx əlaqə saxlayır.
Səfir qeyd edib ki, iki ölkə hökumətinin uzunmüddətli əməkdaşlıq tarixi var. Bu əməkdaşlığa qlobal terrorizmə qarşı mübarizə dövründə hava uçuşları və havada yanacaq doldurma hüququnun verilməsi də daxildir.
“İran üzr istəməli, rəsmi izahat verməli, bu cinayətə görə məsul şəxslərin cavabdehliyə cəlb olunmasını təmin etməli və əlbəttə ki, belə halların bir daha təkrarlanmayacağına zəmanət verməlidir”, – deyə İbrahim bildirib.
Kateqoriyalar