6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Daxili xəbərlər

Media mənbəyi şübhə doğuran, manipulyativ xarakterli məzmunu tirajlamamalıdır - RƏSMİ

06-mart-2026
Admin
Media mənbəyi şübhə doğuran, manipulyativ xarakterli məzmunu tirajlamamalıdır - RƏSMİ
Yazı Ölçüsü:
Sosial şəbəkələrdə Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədinə guya Azərbaycan Ordusuna məxsus ağır silahların yerləşdirilməsi haqqında paylaşım mahiyyəti bilərəkdən təhrif olunmuş informasiya manipulyasiyasıdır.
"PostMedia" xəbər verir ki, bu Medianın İnkişafı Agentliyinin yaydığı açıqlamada qeyd edilir.
Agentliyin məlumatında deyilir ki, bu ilin yanvar ayında hərbi texnikanın yerdəyişmə prosesini əks etdirən həmin görüntünün yönləndirici ifadələrlə yeni “fakt” kimi təqdim edilməsi ictimai rəyi çaşdırmaq məqsədi güdür.
Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar zamanı məlumatları manipulyasiya edərək təşviş yaratmağa yönəlmiş bu kimi informasiya təxribatlarını qəti şəkildə pisləyirik.
Xatırladırıq ki, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti və ya dislokasiyası haqqında məlumatları yaymaq cinayət məsuliyyəti daşıyır.
Regiondakı gərginlik fonunda sosial şəbəkələrdə qeyri-dəqiq və mənbəyi bilinməyən məlumatların verilməsi dezinformasiya riskini artıraraq cəmiyyətdə çaşqınlıq yaratmağa yönəlib.
Media subyektləri sosial şəbəkələrdəki informasiya axınına münasibətdə yüksək peşəkarlıq göstərməli, yalnız rəsmi mənbələrə istinad etməli, mənbəyi şübhə doğuran, manipulyativ xarakterli məzmunu tirajlamamalıdır.
Kateqoriyalar