Amerika Kino Akademiyası “Kaskadyor səhnələrinin quruluşu” nominasiyasının yaradıldığını elan edib.
"PostMedia" xəbər verir ki, bu sahədə nailiyyətlərə görə “Oskar” mükafatı 100-cü yubiley mərasimindən başlayaraq təqdim olunacaq.
“Amerika Kino Sənəti və Elmləri Akademiyasının İdarə Heyəti bu gün elan edib ki, 2027-ci ildə kinoteatrlarda nümayiş olunacaq filmlər üçün keçiriləcək 100-cü mükafatlandırma mərasimindən etibarən kaskadyor səhnələrinin quruluşu sahəsində nailiyyətlərə görə hər il “Oskar” təqdim olunacaq”, – deyə Akademiyanın rəsmi saytında yerləşdirilən bəyanatda bildirilir.
Nominasiyaya daxil olma qaydaları və digər detallı məlumatlar 2027-ci ildə elan olunacaq.
Hazırda “Oskar” mükafatı 23 nominasiya üzrə təqdim olunur. Bu il isə Los-Ancelesdəki "Dolby" teatrında 97-ci mükafatlandırma mərasimi keçirilib.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
