6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Turizm

Qətər turistlər üçün hotellərdə pulsuz qalma proqramını ləğv edir

13-mart-2026
Türkan Nəbi
Qətər turistlər üçün hotellərdə pulsuz qalma proqramını ləğv edir
Yazı Ölçüsü:
Qətər hakimiyyəti hava məkanının bağlanması səbəbindən ölkəni tərk edə bilməyən turistlər üçün tətbiq olunan pulsuz yerləşmə və qidalanma proqramını dayandırmaq qərarı verib.
"PostMedia" xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb.
Məlumata görə, proqramın son günü 2026-cı il martın 14-dən 15-nə keçən gecə olacaq.
Açıqlamada deyilir ki, Qətərin turizm idarəsinin məlumatına əsasən, yerli hakimiyyət ölkə hotellərində qalan turistlər üçün “pulsuz qalma” proqramını dayandırmaq qərarına gəlib.
Turistlər ya hotellərdən çıxmalı, ya da qalma müddətini öz hesablarına uzatmalıdırlar.
Bu prosedur Bakı vaxtı ilə martın 15-i saat 11:00-dək həyata keçirilməlidir.
Proqram Fars körfəzi regionunda vəziyyətin gərginləşməsi fonunda tətbiq edilmişdi. Əvvəlcə güzəşt 28 fevral – 7 mart tarixləri arasında bileti olan sərnişinlər üçün nəzərdə tutulmuşdu.
Proqram çərçivəsində turistlər əvvəlcədən bron etdikləri eyni kateqoriyalı otaqlarda qalırdılar və gündə 3 dəfə pulsuz yemək alırdılar.
Daha sonra proqramın müddəti uzadılmışdı, lakin indi onun tam dayandırılmasına qərar verilib.
Kateqoriyalar