6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

"Azərpoçt" və onun vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olunub

08-aprel-2025
"Azərpoçt" və onun vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olunub
Yazı Ölçüsü:

Azərbaycan Mərkəzi Bankı (AMB), Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC və bu qurumun vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.

Bu barədə "PostMedia" AMB-yə istinadən məlumat verir.

Məlumatda qeyd edilir ki, Mərkəzi Bank tərəfindən aparılan nəzarət tədbirləri nəticəsində "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunvericiliyin bir sıra tələblərinin pozulduğu müəyyən edilib.

Bu pozuntular əsasında Bakı Şəhəri Səbail Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsinin qərarlarına əsasən, İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinə görə “Azərpoçt” MMC-yə 50 min manat cərimə tətbiq olunub. Eyni zamanda, 598.1.1, 598.1.2 və 598.4-cü maddələr əsasında qurumun vəzifəli şəxsi də 10 min manat məbləğində cərimələnib.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930