6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

Ramiz Mehdiyevin ailəsinə məsus bank BOKT-a çevrildi

06-mart-2026
Admin
Ramiz Mehdiyevin ailəsinə məsus bank BOKT-a çevrildi
Yazı Ölçüsü:
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 05 mart 2026-cı il tarixli Qərarı ilə, qanunvericiliyə müvafiq olaraq, "BTB Bank” ASC-nin müraciəti əsasında onun bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi formasında yenidən təşkilinə qabaqcadan razılıq verilib.
Bu barədə "PostMedia"ya AMB-dən məlumat verilib.
Qeyd olunan razılıq əsasında, "BTB Bank” ASC tərəfindən BOKT-yə çevrilmə istiqamətində zəruri tədbirlər “Bankların yenidən təşkili haqqında Qaydalar” ilə müəyyən edilmiş prosesə uyğun olaraq Mərkəzi Bankın nəzarəti altında həyata keçiriləcək.
Bu çərçivədə, "BTB Bank” ASC ilə aktivlərinin həcminə görə ölkənin ən iri bankı olan “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) arasında “Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə” imzalanıb.
Bu müqaviləyə uyğun olaraq "BTB Bank” ASC-də müddətli və tələbli depozitləri olan fiziki və hüquqi şəxslərin razılığı ilə onların depozitlərinə qüvvədə olan şərtlər dəyişdirilmədən ABB-də xidmətin davam etdirilməsi, yaxud ABB tərəfindən onların depozitlərinin geri qaytarılması təmin olunacaqdır. Həmçinin, "BTB Bank” ASC-yə kredit borcu və ya digər öhdəlikləri olan müştərilərə qarşı tələb hüquqları ABB-yə ötürüləcək və ödənişlərin qəbulu ABB tərəfindən həyata keçiriləcəkdir. Sözügedən məsələlərlə bağlı müştərilərə məlumatlar ABB və "BTB Bank” ASC tərəfindən müvafiq kommunikasiya kanalları vasitəsilə çatdırılacaq.
Beləliklə, "BTB Bank” ASC-nin yenidən təşkili bankın kreditorları, o cümlədən əmanətçiləri üçün heç bir təhdid yaratmır.
"BTB Bank” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi cəmi 0.6%, kredit portfelində 0.9%, sektorun öhdəliklərində isə 0.6% təşkil edir.
Xatırladaq ki, "BTB Bank” ASC-nin səhmlərinin əsas hissəsi yəni  76,7 %-i PA-nın sabiq rəhbəri, dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyevaya məxsusdur. Digər səhmdarlar isə müvafiq olaraq 17,7%-lə Rza Sadıq və 5,6%-lə Tükəzban Mahmudovadır. Rza Sadıq həmçinin bankın Müşahidə Şurasının sədridir.
Kateqoriyalar