6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Futbol

"Real Madrid"in baş məşqçiliyinə əsas namizəd odur

04-mart-2026
"Real Madrid"in baş məşqçiliyinə əsas namizəd odur
Yazı Ölçüsü:

İspaniya çempionatının ikincisi “Real Madrid” rəhbərliyi yayda baş məşqçi postunda dəyişiklik edəcəyi təqdirdə, hazırda "Milan"a rəhbərlik edən Massimiliano Alleqrini əsas namizəd kimi nəzərdən keçirir.

"PostMedia" xəbər verir ki, bu barədə "Corriere dello Sport" məlumat yayıb.

Mənbənin yazdığına görə, Madrid klubu ispan mütəxəssis Alvaro Arbeloa ilə yolları ayıracağı halda, Alleqri ilə danışıqlara başlaya bilər.

Arbeloa yanvarda komandaya rəhbər təyin olunub və o, bu postda Xabi Alonsonu əvəzləyib. Alonso dövründə “Kral klubu” 12 oyunda 4 məğlubiyyət almışdı.

Alleqri ötən ilin yayında “Milan”ın baş məşqçisi olub. Komanda hazırda A Seriyasında ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, “Real Madrid” daha əvvəl – 2019 və 2021-ci illərdə də Alleqriyə təklif göndərsə də, tərəflər razılığa gələ bilməmişdi.

Madrid klubu alternativ variant kimi “Liverpul”un sabiq baş məşqçisi, alman mütəxəssis Jürgen Kloppu da nəzərdən keçirir.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930