6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

İran Türkiyəyə daha bir ballistik raket atıb

09-mart-2026
İran Türkiyəyə daha bir ballistik raket atıb
Yazı Ölçüsü:
Bu gün İrandan Türkiyə ərazisinə daha bir ballistik raket atılıb.
"PostMedia" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran özünün "X" hesabında qeyd edib.
"İrandan buraxıldığı və ölkəmizə doğru yönəldiyi müəyyən edilən bir ballistik raket Qaziantepin Şahinbəy rayonu səmasında NATO-nun hava və raketdən müdafiə sistemləri tərəfindən vaxtında zərərsizləşdirilib. Hadisə nəticəsində heç bir ölən və ya yaralanan olmayıb.
Hadisə ilk andan etibarən bütün dövlət qurumları tərəfindən diqqətlə izlənilib və zəruri müdafiə və təhlükəsizlik tədbirləri dərhal həyata keçirilib. Bu çərçivədə, başda Milli Müdafiə Nazirliyi olmaqla, bütün aidiyyəti qurumlar tam koordinasiya şəraitində fəaliyyət göstərir. Türkiyənin hava məkanının və sərhəd təhlükəsizliyinin qorunması məsələsində dövlətimizin iradəsi və imkanları ən yüksək səviyyədədir.
Regionda gərginliyin daha da artmaması və qarşıdurmanın daha geniş əraziyə yayılmaması böyük əhəmiyyət daşıyır. İran başda olmaqla bütün tərəflərə regional təhlükəsizliyi riskə atan və mülki şəxsləri təhlükəyə sala biləcək hərəkətlərdən çəkinmələri ilə bağlı xəbərdarlığımızı bir daha qəti şəkildə təkrar edirik.
Bu müddətdə vətəndaşlarımızdan və media qurumlarından təsdiqlənməmiş, panikaya səbəb ola biləcək və dezinformasiya ehtiva edən məlumatlara qarşı həssas davranmalarını, yalnız rəsmi qurumların açıqlamalarına istinad etmələrini xahiş edirik".
Xatırladaq ki, bur neçə gün öncə də İranda Türkiyəyə raket atılmışdı.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930