6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

İran: Hörmüz boğazından keçid üçün 4 valyuta ilə ödəniş mümkün olacaq

27-aprel-2026
İran: Hörmüz boğazından keçid üçün 4 valyuta ilə ödəniş mümkün olacaq
Yazı Ölçüsü:

İran Hörmüz boğazı ilə bağlı yeni qaydalar üzərində işləyir və gəmilərin keçidi üçün ödənişlərin dörd müxtəlif valyuta ilə həyata keçirilməsi planlaşdırılır.

"PostMedia" xəbər verir ki, bu barədə "Khabar Online" məlumat ayyıb.

İran parlamentinin Milli təhlükəsizlik komissiyasının üzvü Alaəddin Borucerdi bildirib ki, son dövrdə əldə edilən strateji nailiyyətlərdən biri Hörmüz boğazı üzərində tam suverenliyin təmin olunmasıdır.

Onun sözlərinə görə, heç bir gəmi İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi-dəniz qüvvələrinin icazəsi olmadan bu mühüm su yolundan keçə bilməyəcək.

Borucerdi qeyd edib ki, “Hörmüz boğazının təhlükəsizliyi proqramı”nın hüquqi və beynəlxalq aspektləri ilə bağlı bir sıra görüşlər keçirilib və parlament işini bərpa etdikdən dərhal sonra bu sənəd qanun formasında təsdiqlənəcək.

Yeni qaydalara əsasən, hər bir gəmi İran sığorta platformasından istifadə etməli və keçid üçün ödəniş etməlidir. Bu ödənişlər beynəlxalq standartlara uyğun şəkildə – Panama kanalı modelinə bənzər sistem əsasında toplanacaq.

Bunun üçün İran Mərkəzi Bankı rial, yuan, dollar avro ilə bağlı dörd xüsusi hesab açıb.

İranlı deputat əlavə edib ki, ölkə “düşmən hərbi gəmilərinin” keçidinə mane olmaq üçün hüquqi səlahiyyətə malikdir.

Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930