6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

İran ABŞ-yə Hörmüz boğazını açmağı təklif edib - "Axios"

27-aprel-2026
İran ABŞ-yə Hörmüz boğazını açmağı təklif edib - "Axios"
Yazı Ölçüsü:

İran ABŞ-yə Hörmüz boğazını açmağı və münaqişəyə son qoymağı təklif edir, nüvə danışıqlarını isə daha gec mərhələyə keçirməyi planlaşdırır.

"PostMedia" xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.

Məlumata görə, Tehranın ABŞ-yə pakistanlı vasitəçilər vasitəsilə çatdırdığı yeni təklif əsasən boğaz ətrafında yaranmış böhranın və ABŞ-ın tətbiq etdiyi blokadanın aradan qaldırılmasına yönəlib. Təklifə əsasən, nüvə danışıqları yalnız Hörmüz boğazı açıldıqdan və blokada götürüldükdən sonra başlanacaq.

Portal qeyd edir ki, "Ağ Ev" bu təklifi alıb, lakin ABŞ-nin onu müzakirə etməyə hazır olub-olmadığı hələ məlum deyil.

Eyni zamanda, mənbələrdən biri bildirib ki, ötən həftəsonu İranın xarici işlər naziri Abbas Əraqçi Pakistan, Misir, Türkiyə və Qətər vasitəçilərinə açıqlayıb ki, İran rəhbərliyi ABŞ tələblərinə cavab məsələsində bölünüb.

Bununla yanaşı, "Axios"un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bazar ertəsi İranla bağlı milli təhlükəsizlik və xarici siyasət komandası ilə brifinq keçirəcək.

Mənbələrin bildirdiyinə görə, Trampın komandası danışıqlarda yaranmış çıxılmaz vəziyyəti və mümkün növbəti addımları müzakirə edəcək.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930