ABŞ ilə İran arasındakı vəziyyət dalana dirənib.
"PostMedia" xəbə verir ki, bunu ABŞ dövlət katibinin keçmiş müavini Vendi Şerman "ABC News" telekanalına müsahibəsində bildirib.
“Biz az əvvəl orada davam edən iqtisadi müharibə barədə eşitdik, faktiki olaraq hərbi qarşıdurma ilə üz-üzəyik və açığı, bunun üçün həqiqətən sərt diplomatiya tələb olunur. Şübhə yoxdur ki, ABŞ-də güc tətbiqi ilə bağlı real təhdid var. Amma sanksiyalar əslində həm bizi, həm də İranı bloklayır”, – deyə Şerman vurğulayıb.
Onun sözlərinə görə, ABŞ danışıqlara qayıtmaq və real diplomatiyaya başlamaq üçün nə etməyə hazır olduğunu müəyyənləşdirməlidir.
“Bunu 20 saata və ya bir günə etmək mümkün deyil. Bunlar çox mürəkkəb danışıqlardır. Onları ekspertlərlə aparmaq lazımdır. Çox çətin işi görmək üçün uzunmüddətli prosesə hazır olmaq vacibdir. Və demək istədiyim son şey odur ki, başqalarının da qeyd etdiyi kimi, biz əslində fövqəldövlətin özünüməhvinə bərabər bir vəziyyət yaradırıq”, – deyə ABŞ dövlət katibinin keçmiş müavini əlavə edib.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
