6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

İsrailin Azərbaycandakı sabiq səfirinə yüksək vəzifə verilib

23-aprel-2026
İsrailin Azərbaycandakı sabiq səfirinə yüksək vəzifə verilib
Yazı Ölçüsü:

İsrail Xarici İşlər Nazirliyində xristian dünyası ilə əlaqələr üzrə xüsusi nümayəndə vəzifəsi yaradılıb.

"PostMedia" xəbər verir ki, bu vəzifəyə əvvəllər Azərbaycanda səfir olmuş Corc Dik təyin edilib. 
O, 18 illik təcrübəyə malik diplomat və Yaffa şəhərindən olan ərəb-xristian icmasının nümayəndəsidir. 2018-ci ildə İsrail tarixində ilk xristian səfir olub.
Bu təyinatın məqsədi İsrailin dünya üzrə xristian icmaları ilə əlaqələrini gücləndirməkdir.
Qeyd olunur ki, bu addım son vaxtlar xristianlarla münasibətləri gərginləşdirən hadisələr fonunda atılıb. Bunlara Livanda İsa Məsihin heykəlinin sındırılması və Müqəddəs Qəbir kilsəsi ilə bağlı məhdudiyyətlər daxildir.

Xatırladaq ki, Corc Dik 2018-2025-ci illərdə İsrailin Azərbaycandakı səfiri vəzifəsində çalışıb.

Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930