6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

İran ABŞ ilə münaqişənin sülh yolu ilə həllinin ardıcıl tərəfdarıdır - Pezeşkiyan

22-aprel-2026
İran ABŞ ilə münaqişənin sülh yolu ilə həllinin ardıcıl tərəfdarıdır - Pezeşkiyan
Yazı Ölçüsü:

İran Prezidenti Məsud Pezeşkiyan bildirib ki, İslam Respublikası həmişə danışıqlar yolunu və Amerika Birləşmiş Ştatları ilə fikir ayrılıqlarının sülh yolu ilə həllini dəstəkləyib, lakin buna Vaşinqtonun tətbiq etdiyi blokada və təhdidlər mane olur.

"PostMedia" xəbər verir ki, bunu o, "X" hesabında qeyd edib.

Prezidentin sözlərinə görə, İran dialoqa hazırdır, lakin ABŞ-nin hərəkətləri danışıqlar prosesinə real maneələr yaradır.

“İran İslam Respublikası dialoqu və razılaşmanı alqışlayıb və buna əməl etməyə davam edir. Öhdəliklərin pozulması, blokada və təhdidlər real danışıqlar üçün əsas maneələrdir”.

Daha əvvəl, aprelin 11-də İran və ABŞ nümayəndələri İslamabadda danışıqlar aparmış, lakin davam edən fikir ayrılıqlarına görə uzunmüddətli razılaşmaya nail ola bilməmişdilər.

Aprelin 21-də ABŞ prezidenti İranla atəşkəs rejimini uzatmaq niyyətini açıqlamışdı. Buna cavab olaraq İran dövlət mediası Tehranın Vaşinqtonun… (mətn yarımçıqdır)

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930