6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Peskov: "ABŞ İranın zənginləşdirilmiş uranını Rusiyaya ötürmək təklifini rədd edib"

15-aprel-2026
Peskov: "ABŞ İranın zənginləşdirilmiş uranını Rusiyaya ötürmək təklifini rədd edib"
Yazı Ölçüsü:

ABŞ Rusiyanın İranın zənginləşdirilmiş uranının Rusiyaya ötürülməsi ilə bağlı təklifini rədd edib. Bununla belə, Rusiya Prezidenti Vladimir Putin bu təşəbbüsün müzakirəsinə yenidən qayıtmağa hazırdır.

"PostMedia" xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "India Today" nəşrinə müsahibəsində bildirib.

Peskovun sözlərinə görə, Putin İranın uranının Rusiyaya ötürülməsi ideyasını “kifayət qədər əvvəl” irəli sürmüşdü və bu addım “kifayət qədər yaxşı həll yolu” ola bilərdi. Bu barədə "RBK"də məlumat yayıb.

“Lakin təəssüf ki, Amerika tərəfi bu təklifi rədd etdi və o artıq danışıqlar masasında deyil. Bununla belə, əgər ölkənin maraqları tələb edərsə, prezident Putin bu təşəbbüsün müzakirəsinə yenidən qayıtmağa hazırdır”, – deyə Kreml nümayəndəsi bildirib.

Peskov əlavə edib ki, İran özü Rusiyanın bu təklifinə razılıq verib. “Onların öz tələbləri və maraqları var. Ona görə də məsələ bütün maraqlı tərəflərin tələblərini və maraqlarını birləşdirərək razılığa gəlmək və saziş bağlamaqdır”, – deyə o qeyd edib.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930