6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

“Ağ Ev”: İran zənginləşdirilmiş uranı ABŞ-yə verməyə razılaşıb

09-aprel-2026
“Ağ Ev”: İran zənginləşdirilmiş uranı ABŞ-yə verməyə razılaşıb
Yazı Ölçüsü:

Ağ Evin mətbuat katibi Karoline Leavitt növbəti brifinq zamanı bildirib ki, İran zənginləşdirilmiş uranı ABŞ-a təhvil verməyə razılaşıb.

Onun sözlərinə görə, bu məsələ Donald Trump və onun danışıqlar komandasının prioritetləri siyahısında birinci yerdədir.

“Bu, prezidentin və onun danışıqlar komandasının prioritetlərinin siyahısında ilk yerdədir. Biz dialoqun növbəti mərhələsinə başlayırıq. Daha əvvəl də dediyim kimi, bu, prezidentin geri çəkilməyəcəyi qırmızı xətdir və o, bunun həyata keçirilməsini təmin etməkdə qətiyyətlidir. Ümid edirik ki, buna diplomatiya yolu ilə nail olunacaq”, – deyə Leavitt qeyd edib.

Brifinq zamanı jurnalistlər ondan İran nümayəndələrinin Tehranın nüvə yanacağını təhvil verməyə hazır olduğuna dair siqnallar göndərib-göndərmədiyini dəqiqləşdirməyi xahiş ediblər.

“Bəli, onlar belə siqnallar göndəriblər”, – deyə Ağ Evin mətbuat katibi cavab verib.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930