6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

İran ABŞ sanksiyalarına baxmayaraq supertankerə neft yükləməyə davam edir — “Bloomberg”

24-aprel-2026
İran ABŞ sanksiyalarına baxmayaraq supertankerə neft yükləməyə davam edir — “Bloomberg”
Yazı Ölçüsü:

İran ABŞ-nin tətbiq etdiyi sanksiyalara baxmayaraq milyonlarla barrel nefti supertanker gəmilərinə yükləməyə davam edir.

“PostMedia” xəbər verir ki, bu barədə “Bloomberg” yazır.

Məlumata görə, Avropa İttifaqının “Sentinel-1” peyki tərəfindən əldə olunan görüntülər xam neft daşınması üçün nəzərdə tutulan, təxminən 2 milyon barrel tutuma malik iri tanker gəmisini göstərir. Gəmi Xarq adası yaxınlığında lövbər salıb. Halbuki daha əvvəl, şənbə günü çəkilmiş görüntülərdə həmin ərazidə belə gəmilər müşahidə olunmayıb.

Qeyd olunur ki, ABŞ Tehranın dəniz nəqliyyatına qarşı məhdudiyyətləri davam etdirərsə, İranın neft ticarəti daha da çətinləşə bilər.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930