6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

ABB-nin bu filiallarında təcili pul köçürmələri xidmətləri məhdudlaşdırılıb

28-aprel-2026
ABB-nin bu filiallarında təcili pul köçürmələri xidmətləri məhdudlaşdırılıb
Yazı Ölçüsü:

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) Bakı şəhəri və Abşeron yarımadasında (Sumqayıt, Abşeron rayonu) yerləşən filiallarından təcili pul köçürmələri xidmətlərini məhdudlaşıb.

PostMedia” xəbər verir ki, Bankın Baş Ofisində Müştəri Xidməti Departamenti, Mərkəzi, Əcəmi, Bakıxanov, Gənclik, Yeni Sumqayıt, Səbail, Sabunçu, Sumqayıt, Nizami, Yasamal, Nəsimi, Nərimanov, Suraxanı, Qaradağ, Sənaye, Xətai, Əhmədli, Binəqədi və Şərifzadə filiallarında təcili pul köçürmələri üzrə qəbul və göndərilmə əməliyyatları dayandırılıb.

Artıq ABB mobil tətbiqdən bu filiallarda sözügedən xidmət üçün onlayn randevu (görüş) götürmək olmur.

Bu xidmət Sumqayıt şəhərində yalnız 3 saylı "Sumqayıt" filialı, "Xırdalan" filialı, Bakı şəhəri üzrə isə "Cəfər Cabbarlı" filalı, "Azəriqaz"filalı, "Neftçilər" filalı, "Hava limanı" filalı, "Mərdəkan" filalı, "Sea Breeze" filalı və "Pirallahı" filialnda aktivdir.

Regionlardakı filiallarda isə təcili pul köçürmələri xidməti əvvəl olduğu kimi davam etdirilir.

Bu mövzuda "PostMedia"nın ABB-nin mətbuat xidmətinə ünvanladığı şifahi və yazılı sorğuya cavab verilməyib.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930