6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Energetika

Blokada başlayandan ABŞ qüvvələri 38 İran gəmisinin istiqamətini dəyişib - CENTCOM

27-aprel-2026
Blokada başlayandan ABŞ qüvvələri 38 İran gəmisinin istiqamətini dəyişib - CENTCOM
Yazı Ölçüsü:

İranın dəniz blokadası başlayandan bəri ABŞ silahlı qüvvələri tərəfindən istiqaməti dəyişdirilən gəmilərin sayı 38-ə çatıb.

"PostMedia" xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib.

Məlumata görə, ABŞ qüvvələri İran limanlarının blokadasını davam etdirir və gəmilərin giriş-çıxışına imkan vermir. “ABŞ qüvvələri 38 gəmiyə geri dönmək və ya limana qayıtmaq əmri verib”, – deyə məlumatda qeyd olunub.

Bildirilib ki, bundan bir gün əvvəl bu rəqəm 37 idi. Son hadisələrdən biri kimi ABŞ Hərbi Dəniz Qüvvələrinin “Sevan” adlı gəmini marşrutdan yayındırdığı vurğulanıb.

Qeyd edilir ki, “Sevan” gəmisi ABŞ Maliyyə Nazirliyi tərəfindən sanksiya tətbiq olunan 19 gəmidən ibarət “kölgə donanması”na daxil idi. Bu donanma İranın enerji, neft və qaz məhsullarının xarici bazarlara daşınması ilə əlaqələndirilir.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930