6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Futbol

“Qalatasaray” derbidə “Fənərbaxça”nı darmadağın edib

27-aprel-2026
“Qalatasaray” derbidə “Fənərbaxça”nı darmadağın edib
Yazı Ölçüsü:

Türkiyə çempionatının 31-ci turunda keçirilən prinsipial derbidə "Qalatasaray" öz meydanında "Fənərbaxça" üzərində 3:0 hesablı inamlı qələbə qazanıb.

"PostMedia" xəbər verir ki, İstanbulun "RAMS Park" stadionunda keçirilən qarşılaşmanı hakim Yasin Kol idarə edib. Oyunda hesabı 40-cı dəqiqədə nigeriyalı hücumçu Viktor Osimhen açıb və ilk hissə bu nəticə ilə başa çatıb.

İkinci hissədə hadisələr daha da dramatik olub. 62-ci dəqiqədə “Fənərbaxça”nın qapıçısı Ederson hakimin göstərişinə əməl etmədiyi üçün ikinci sarı vərəqə alaraq meydandan qovulub. Bu epizoddan sonra təyin olunan penaltini 67-ci dəqiqədə Barış Alper Yılmaz dəqiq yerinə yetirərək hesabı 2:0-a çatdırıb.

Matçın son nöqtəsini isə 83-cü dəqiqədə uruqvaylı yarımmüdafiəçi Lukas Torreira qoyub. Bununla da “Qalatasaray” derbidən 3:0 hesablı qələbə ilə ayrılıb.

Qeyd edək ki, matçın 11-ci dəqisində “Fənərbaxça” penalti qazanıb, lakin braziliyalı futbolçu Anderson Taliska bu fürsəti qaçırıb.

Bu nəticədən sonra baş məşqçi Okan Burukun komandası xalını 74-ə yüksəldərək liderliyini möhkəmləndirib və ən yaxın rəqibi ilə xal fərqini 7-yə çatdırıb. Domeniko Tedeskonun rəhbərlik etdiyi “Fənərbaxça” isə 67 xalla ikinci pillədə qalıb.

Mövsümün bitməsinə 3 tur qalmış bu qələbə “Qalatasaray”ın çempionluq yolunda üstünlüyünü xeyli artırıb.

Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930