6°C Bakı
1$ = 1.70₼
Futbol

Avropada futbol gecəsi: PSG qələbə qazandı, "Atletiko Madrid" isə uduzdu

22-aprel-2026
Avropada futbol gecəsi: PSG qələbə qazandı, "Atletiko Madrid" isə uduzdu
Yazı Ölçüsü:

Avropa çempionatlarında keçirilən oyunlar fərqli nəticələrlə yadda qaldı.

"PostMedia" xəbər verir ki. Fransa çempionatında "Paris Saint-Germain" (PSG) doğma meydanda "Nantes" üzərində 3:0 hesablı inamlı qələbə qazanıb. Oyunda əsas qəhrəman gürcü hücumçu Xiviça Kvaratşelia olub – o, dubla imza atıb. Digər qolu isə fransalı hücumçu Dizayə Doue vurub. Bu nəticədən sonra PSJ 29 oyundan sonra 66 xalla liderliyini möhkəmləndirib.

İspaniya çempionatında isə "Atletiko Madrid" səfərdə "Elçe" ilə qarşılaşıb və 2:3 hesabı ilə məğlub olub. Meydan sahiblərindən portuqaliyalı hücumçu Andre Silva dubla imza atıb, David Affenqruber də fərqlənib. Madrid klubunda isə hər iki qolu argentinalı yarımmüdafiəçi Nicola Gonzalez vurub.

Qarşılaşmanın gedişində "Atletiko Madrid" 30-cu dəqiqədən etibarən azlıqda qalıb – Tiaqo Almada qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Hazırda “Atletiko” 57 xalla 4-cü pillədə qərarlaşıb, “Elçe” isə 35 xalla 15-ci yerdədir.

Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930