6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Qətl

İntihar edən sabiq nazir müavini yazdığı məktubda həyat yoldaşını ittiham edib

15-yanvar-2026
İntihar edən sabiq nazir müavini yazdığı məktubda həyat yoldaşını ittiham edib
Yazı Ölçüsü:
Moskvada Əmək nazirinin keçmiş müavini Aleksey Sklyar intihar edib.
"PostMedia" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, ölümündən əvvəl yazdığı məktubda o, baş verənlərə görə həyat yoldaşını ittiham edib.
“Məktubunda baş verənlərə görə həyat yoldaşını günahlandırıb”, – deyə agentliyin mənbəyi bildirib.
Hazırda istintaqöncəsi araşdırma aparılır.
Sklyar bu gün, cümə axşamı Yeni Moskva ərazisində yerləşən evində ölü halda tapılıb. İlkin məlumatlara görə, o, intihar edib.
Qeyd edək ki, Rusiya Federasiyasının baş naziri Mixail Mişustin 2022-ci ilin iyulunda Sklyarı öz xahişi ilə Əmək və Sosial Müdafiə nazirinin müavini vəzifəsindən azad etmişdi. Nazirlikdə o, informasiya sistemlərinə, informasiya və telekommunikasiya infrastrukturuna, həmçinin dövlət xidmətlərinin elektron formada göstərilməsinə nəzarət edirdi.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930