6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Nikol Paşinyan: "Türkiyə bayrağının yandırılması qəbuledilməzdir"

23-aprel-2026
Nikol Paşinyan: "Türkiyə bayrağının yandırılması qəbuledilməzdir"
Yazı Ölçüsü:

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə bayrağının yandırılmasını “məsuliyyətsiz və yolverilməz davranış” kimi qiymətləndirib.

"PostMedia"nın Ermənistan KİV-lərinə istinadən verdiyi məlumatına görə, Baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan “Armenpress”in sorğusuna cavab olaraq bildirib ki, aprelin 23-də İrəvanda "Daşnaksütyun" tərəfindən təşkil olunan məşəl yürüşü zamanı iştirakçıların Türkiyə bayrağını yandırması açıq şəkildə təxribat xarakteri daşıyır və gərginliyi artırmağa yönəlib.

“Baş nazir belə davranışı qətiyyətlə pisləyir və onu məsuliyyətsiz, qəbuledilməz hesab edir. Xüsusilə qonşu ölkənin bayrağının yandırılması dövlət rəhbəri tərəfindən başqa cür qiymətləndirilə bilməz. Bu, açıq-aşkar təxribat və gərginlik yaradan addımdır”, – deyə o vurğulayıb.

Hadisəni Ermənistan parlamentinin sədri Alen Simonyan da tənqid edib. O bildirib ki, aprelin 24-ü ərəfəsində hər hansı ölkənin, xüsusilə qonşu dövlətin bayrağını yandırmaq mənasız, utancverici və qəti şəkildə pislənilməli hərəkətdir.

Simonyanın sözlərinə görə, bu cür addımlar aprelin 24-nün məna və mahiyyətinə kölgə salır: “Bu gün xatirə, birlik və yaşamaq haqqında olmalıdır. Belə hərəkətləri isə sülhə və gələcəyə qarşı yönəlmiş ucuz və qəbuledilməz təxribatlar hesab edirəm.”

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031