"Məktəbəqədər təhsilin əlçatanlığı BMT standartlarına görə 90% təşkil etməlidir".
"PostMedia" xəbər verir ki, bunu bugünkü müzkirələrdə Milli Məclisin deputatı Fariz İsmayılzadə deyib.
“Bizdə dövət müəssisələrində məktəbəqədər prosesə 650 min uşaqdan 120 mini cəlb olunub. Yerdə qalanlar ya özəl sektora gedir, ya da təhsildən kənar qalıb. Bunun həm də bir səbəbi budur ki, sovet dövründən qalan qaydalar yeni kursların açılması üçün problemlər yaradır. Həmin qaydalara yenidən baxılmasına ehtiyac var”, - deputat əlavə edib.