Qan oksigen və qida maddələrini daşıyır, infeksiyalardan qoruyur və yaraların sağalmasına kömək edir. Öz qan qrupunu bilmək həyati əhəmiyyət daşıyır, xüsusən nadir qan qruplarında.
Qan qrupları və rezus-faktor
Qan AB0 sistemi ilə müəyyən olunur:
I (0) – antigen A və B yoxdur (ən çox yayılmış qan qrupudur),
II (A) – A antigeni var,
III (B) – B antigeni var,
IV (AB) – hər iki antigen var ( nadir qan qrupudur).
Əlavə olaraq, rezus-faktor (Rh) qan hüceyrələrinin səthində olan D antigeninə əsaslanır:
Rh+ – antigen var (85% insan),
Rh- – antigen yoxdur (15% insan).
Rh- insanlar yalnız Rh- qan ala bilərlər.
IV (AB) Rh- dünyada təxminən 1% insanda rast gəlinir və ən nadir sayılır. Lakin bəzi daha nadir hallar da mövcuddur.
“Qızıl” qan – Rh-null
1961-ci ildə aşkar edilən Rh-null qanında heç bir rezus-antigen yoxdur. Bu qan donor kimi çox dəyərlidir, lakin daşıyıcısı üçün risklidir, çünki uyğun donor tapmaq çox çətindir. Dünyada cəmi 50-yə yaxın insanda bu qan qrupu mövcuddur.
Bomba fenotipi
1952-ci ildə Hindistanda kəşf olunan bu fenotip AB0 sisteminə aid heç bir antigen daşımır. Hətta universal 0 qruplu qan da uyğun deyil. Yalnız eyni fenotipə malik şəxsdən qan ala bilərlər. Dünyada çox nadir hallarda rast gəlinir.
Qan qrupunu dəyişmək mümkündürmü?
Qan qrupunu dəyişmək məsələsi elmi baxımdan hələ də araşdırılır. Alimlər antigen A və B-ni eritrositlərin səthindən silə biləcək fermentlərlə təcrübələr aparırlar – bu, nəzəri olaraq qanı universal (I (0)) hala gətirə bilər. Bəzi tədqiqatlar ümidverici nəticələr göstərsə də, bu metodların klinik praktikaya tətbiqinə hələ çox var.
Bu səbəbdən, hər kəs öz qan qrupunu bilməli və donor proqramlarında iştirak etməlidir. Bəzən düşünülür ki, yayğın qan qrupları donor kimi ehtiyac duyulmur. Əslində isə bu qruplara malik insanlar da çoxdur, deməli, onların da qan komponentlərinə tələbat yüksəkdir.
Gələcəkdə elm qan qrupunu dəyişmək və ya süni qan yaratmaq imkanlarını təqdim edə bilər. Lakin indiyədək insan həyatı üçün ən etibarlı yol — donor olmaqdır. Ən nadir qan belə, bir insanın həyatını xilas edə biləcək qədər qiymətlidir.