"PostMedia" TASS-a istinadən xəbər verir ki, Serbiya prezidenti Aleksandar Vuçiç Qələbənin 80 illiyinə həsr olunmuş təntənəli tədbirlərdə iştirak etmək üçün Moskvaya gəlib.
Serbiya liderinin təyyarəsi yanacaq doldurmaq məqsədilə əvvəlcə Bakıya eniş edib. TASS-ın məlumatına görə, bu eniş əvvəlcədən planlaşdırılıb.
Qeyd edək ki, dünən "Veçernye novosti" qəzeti Serbiya prezidentinin Moskvaya uçan təyyarəsi üçün Litva və Latviyanın öz hava məkanlarını bağladığını yazıb. Rusiya səfəri çərçivəsində Serbiya liderinin Rusiya Prezidenti Vladimir Putinlə şəxsi görüşü də planlaşdırılıb.