16°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

Yeni Zelandiyada uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan edilir

06-may-2025
Admin
Bakıda baş vermiş yol qəzası
Yazı Ölçüsü:
Yeni Zelandiya parlamentinə uşaqlar üçün sosial şəbəkələrin qadağan olunması barədə qanun layihəsi təqdim edilib. Qanun uşaqların “zorakılıqdan, qadağan olunmuş məzmundan və asılılıq yaranmasından” qorunmaq məqsədi daşıyır
"PostMedia" xəbər verir ki, Yeni Zelandiya hökuməti 16 yaşdan kiçik istifadəçilər üçün sosial şəbəkələrin qadağan olunmasını nəzərdə tutan qanun layihəsini parlamentə təqdim edib. Bu barədə ölkənin baş naziri Kristofer Lakson məlumat verib.
“Biz övladlarımızı sosial şəbəkələrin zərərli təsirlərindən qorumaq istəyirik. Məhz buna görə bu gün 16 yaşdan aşağı uşaqlar üçün sosial şəbəkələrin istifadəsini qadağan edən qanun layihəsini təqdim etdik”, — deyə Lakson X sosial şəbəkəsində yayımlanan bəyanatında bildirib.
Parlamentə təqdim edilən sənədlərə əsasən, sosial şəbəkə istifadəçiləri üçün yaş məhdudiyyəti qoyan bu qanun layihəsi uşaqları və gəncləri zorakılıqdan, qadağan olunmuş məzmundan və sosial şəbəkə asılılığından qorumağı hədəfləyir.
Layihəyə görə, sosial şəbəkələrə daxil olmamışdan əvvəl istifadəçinin yaşını yoxlamaq məsuliyyəti platforma rəhbərliyinin üzərinə düşəcək. Bu vəzifələri lazımi qaydada yerinə yetirməyənlər üçün cərimə və məhkəmə məsuliyyəti nəzərdə tutulur.
Əgər qanun parlament tərəfindən qəbul olunarsa, onun icrasına nəzarət müvafiq nazirliklərdən birinə həvalə ediləcək və üç il sonra qanunun effektivliyi qiymətləndiriləcək.
Kateqoriyalar