16°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

ABŞ və husilər Oman vasitəçiliyi ilə atəşkəs barədə razılığa gəliblər

06-may-2025
Admin
Bakıda baş vermiş yol qəzası
Yazı Ölçüsü:
Oman Sultanlığının vasitəçiliyi ilə ABŞ və husilər razılığa gəliblər. Oman Sultanlığının xarici işlər naziri Bədr əl-Busaidinin qeyd etdiyinə görə, əldə olunmuş razılaşmalar çərçivəsində tərəflər bir-birlərinə qarşı istənilən hücumlardan çəkinməyi öhdələrinə götürüb.
"PostMedia" xəbər verir ki, ABŞ və "Ənsar Allah" hərəkatı Oman vasitəçiliyi ilə Yəməndə atəşkəs barədə razılığa gəliblər. Razılaşmaya əsasən, Yəmən husiləri Bəb əl-Məndəb boğazından keçən Amerika gəmilərinə hücumlardan imtina edəcək.
Omanın xarici işlər naziri Bədr əl-Busaidi bildirib ki, ABŞ və Səna şəhərindəki Yəmən rəsmiləri ilə Səltənətin apardığı son təmaslar və danışıqlar nəticəsində gərginliyin azaldılması məqsədilə atəşkəsə dair razılıq əldə olunub.
“Əldə olunmuş razılaşmalar çərçivəsində tərəflər bir-birlərinə qarşı istənilən hücumlardan, o cümlədən Qırmızı dənizdə və Bəb əl-Məndəb boğazında Amerika gəmilərinə qarşı hücumlardan çəkinməyi öhdələrinə götürürlər. Bu da gəmiçiliyin azadlığını təmin edəcək və beynəlxalq ticarətə maneələri aradan qaldıracaq”, – deyə nazir "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Kateqoriyalar