Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan xalçaçılarını peşə bayramları münasibətilə təbrik edib.
"PostMedia" xəbər verir ki, bu barədə nazir “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Xalçaçılıq sənəti zəngin mədəniyyətimizi və tariximizi əks etdirir. Milli sərvətimiz olan xalçaçılığın inkişafına, yaradıcılıq ənənələrimizin dünyada tanıdılmasına xüsusi diqqət yetirilir. Bu gün peşə bayramını qeyd edən xalçaçılarımıza təbriklərimizi çatdırır, firavanlıq, işlərində yeni nailiyyətlər arzulayırıq"-deyə Mikayıl Cabbarov əlavə edib.
Xalçaçılıq sənəti zəngin mədəniyyətimizi və tariximizi əks etdirir. Milli sərvətimiz olan xalçaçılığın inkişafına, yaradıcılıq ənənələrimizin dünyada tanıdılmasına xüsusi diqqət yetirilir.
— Mikayil Jabbarov (@MikayilJabbarov) May 5, 2025
Bu gün #peşəbayramı-nı qeyd edən xalçaçılarımıza təbriklərimizi çatdırır, firavanlıq,… pic.twitter.com/359AQWGiKR