16°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İdman

Velosiped Federasiyasında yeni rəhbərlik - Vitse-prezident və üzvlər kimlərdir?

02-may-2025
Admin
Bakıda baş vermiş yol qəzası
Yazı Ölçüsü:
Azərbaycan Velosiped Federasiyasının yeni prezidenti Zaur Axundov bu postda sabiq müdafiə sənayesi naziri Mədət Quliyevi əvəzlədi. Z.Axundov futbol və voleybol ictimaiyyətinə tanış simadır. "Silk Way" şirkətlər qrupunun prezidenti olan Z.Axundov əvvəl "Olimpik", "Olimpik-Şüvəlan və AZAL adı ilə Azərbaycan Premyer Liqasında çıxış etmiş futbol klubuna rəhbərlik edib.
Bəs yeni vitse-prezident və İdarə Heyətinin üzvləri kimlərdir?
"PostMedia" xəbər verir ki, Prosport.Az ənənəvi olaraq bunu araşdırıb.
Əvvəla onu qeyd edək ki, İqtisadiyyat naziri Mikayıl Cabbarovun müavini olan Sahib Ələkbərov I vitse-prezident, ölkə başçısı İlham Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri general Bəylər Əyyubovun qardaşı oğlu olan Robert Eyyubov isə vitse-prezident kimi əvvəl də fəaliyyət göstərirdi. S.Ələkbərov hələ sabiq vergilər naziri Fazil Məmmədovun federasiyaya prezidentliyi dövründən orada idisə, R.Eyyubov 2021-ci ilin dekabrın 8-də, yəni Mədət Quliyevin vaxtında vitse-prezident seçilmişdi.
Robert Eyyubov həm də "Silk Way West Airline" (“Silk Vey Vest Aviaşirkəti” MMC) şirkətində Müşahidə Şurasının sədri Zaur Axundovun müşaviridir. Güman etmək olar ki, Zaur Axundovun voleyboldan sonra velosiped idmanına gəlişində R.Eyyubovun rolu olub.
Yeni vitse-prezident isə Fikrət Hüseynovdur. O bu postda Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyevi əvəzləyib. Daha əvvəl Gənclər və İdman Nazirliyinin futbol sektorunun müdiri olmuş F.Hüseynov ötən ildən Heydər Əliyev adına İdman-Konsert Kompleksinin direktoru təyin edilib. F.Hüseynovla Zaur Axundovun tanışlığı isə məhz futboldandır. Çünki həmin müddətdə AZAL klubunun vitse-prezidenti məhz F.Hüseynov olub.
İdarə Heyəti üzvlərindən Rəşad Gülmalıyev “Silk Way Group”un korporativ siyasət üzrə vitse-prezidentidir. O həm də "Silk Way West Airline"da Müşahidə Şurasının üzvüdür.
Emin Mustafayev də həmin şirkətdə – "Silk Way West Airline"da Müşahidə Şurasının sədr məsləhətçisidir. O bu vəzifəyə ötən ilin iyulunda təyin olunub.
İdarə Heyətinin digər üzvü Albert Pitersma isə milliyyətcə niderlandlıdır. Digər adı Ono olan Pitersma ötən il "Silk Way West Airlines"a baş əməliyyat direktoru təyin edilib.
 
 
 
 
 
 
 
 
Kateqoriyalar