16°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İdman

Mədət Quliyev istefaya gedir

24-apr-2025
Admin
Bakıda baş vermiş yol qəzası
Yazı Ölçüsü:

Mədət Quliyev Azərbaycan Velosiped Federasiyasının prezidenti postundan istefa verir.

PostMedia” xəbər verir ki, bu barədə jurnalist Yaşar İsakov özünün “Facebook” hesabında qeyd edib. Məlumatda deyilir ki, onun bu addımı atmasına sğbəb işlərinin çoxluğudur:

“Jurnalist dostlar. Bir məlumatı diqqətinizə çatdırıram. Azərbaycan Velosiped Federasiyasının prezidenti, Azərbaycanın Milli Qəhrəmanı general-polkovnik Mədət Quliyev xidmət apardığı Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsindəki işlərinin spesifikliyi ilə əlaqədar Azərbaycan Velosiped Federasiyasının prezidenti postundan istefa vermək qərarına gəlib”.

Qeyd edək ki, Mədət Quliyev 2021-ci ilin noyabr ayından etibarən Azərbaycan Velosiped Federasiyasının prezidentidir.

Xatırladaq ki, Mədət Quliyev 2011–2015-ci illərdə Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini-Penitensiar Xidmətinin rəisi vəzifəsinə təyin edilmişdir.

O, 2015-ci ildə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik nazirinin birinci müavini vəzifəsinə təyin edilmiş və nazir vəzifəsini icra edib.

M.Quliyev 2015–2019-cu illərdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi; 2019–2023-cü illərdə Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri olub.
General həmçinin 2023-cü ildən Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibinin müavinidir.

Kateqoriyalar