Azərbaycan ərazisində müşahidə olunan yağışlı-küləkli hava şəraiti bir sıra fəsadlar yaradıb.
”PostMedia” xəbər verir ki, küləyin təsiri nəticəsində ölkənin bir çox yerlərində elektrik enejisinin verilişində fasilələr yaranıb. Eyni zamanda ağaclar aşaraq vətəndaşların şəxsi nəqliyyat vasitələrinə ziyan vurub. Belə hadisələrdən biri də Bakının Nərimanov rayonunda Ağa Neymətulla küçəsində yerləşən həyətlədən birində baş verib.
Mövcud hava şəraiti Bakı-Sumqayıt istiqamətində və əksinə, həmçinin ölkənin digər yerlərinə hərəkət edən qatarların da hərəkət qradikində problemlər yaradıb. Nəticədə qrafik dayanıb.
yağışlı hava isə yolları keçilməz edib Bağırov körpüsü adlanan tunelə dolaraq şəhərdə hərəkətə mane yaradıb.